AZ

Rusiya 2 Latviya diplomatını “persona non-qrata” elan edib

Rusiya Xarici İşlər Nazirliyi Latviyanın Moskvadakı səfirliyində çalışan iki diplomatın “persona non qrata” elan edilməsinə qərar verdiyini açıqlayıb.


Oxu24.com  xəbər  verir  ki,Nazirlikdən verilən açıqlamada xatırladılıb ki, Latviya daha əvvəl 2 rusiyalı diplomatı “persona non qrata” elan edib.

 

Bəyanatda bunun “əsassız” addım olduğu və bu səbəbdən Latviyanın Moskva səfirliyinin müvəqqəti işlər vəkili Dace Rutkanın nazirliyə çağırıldığı bildirilib.

Açıqlamada aşağıdakılar qeyd olunub:

"Latviyanın Moskvadakı səfirliyində çalışan iki diplomat qarşılıqlılıq prinsipinə və Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 9-cu maddəsinə uyğun olaraq deportasiya edilir. Latviya tərəfinə tövsiyə olunur ki, Riqa rus diplomatlarına qarşı düşmənçilik fəaliyyətini davam etdirərsə, Moskva qaçılmaz Ağrılı addımlar atacağı bildirilib”.

 

Nigar

 

Seçilən
52
1
Mənbələr
Şərh ()
Bağla