AZ

"Barselona"nın futbolçusu: "Çox peşmanam"

style='margin-bottom:10px;'>

“Barselona”nın müdafiəçisi Ronald Arauxo Çempionlar Liqasının 1/4 finalının PSJ ilə cavab oyununda etdiyi səhvlərdən danışıb.

QOL.az xəbər verir ki, 1/4 finalın ilk oyununda PSJ "Barselona"ya 2:3 hesabı ilə uduzmuşdu. Lakin Paris təmsilçisi ötən gün Kataloniya komandasını 4:1 hesabı ilə məğlub edib və yarımfinala adlayıb, "Barselona" turnirdə mübarizəni dayandırıb. 

Sözügedən görüşün 29-cu dəqiqəsində qırmızı vərəqə alaraq komandasını azlıqda qoyan Arauxo isə deyib: “Həyatıma çox sevinc gətirən futbol indi mənə çox zərbə vurdu. Yanımda olan hər kəsə, meydanda əlindən gələni edən komanda yoldaşlarıma, bizə sona qədər inanan azarkeşlərə təşəkkür edirəm. Sizə sevinc bəxş etmədiyim üçün çox peşmanam. Yenidən cəhd edəcəyik. İrəli, "Barselona".

Seçilən
105
50
Mənbələr
Şərh ()
Bağla