AZ

TikTok-u bağladılar

Qırğızıstan hakimiyyəti TikTok-u bloklamaq qərarına gəlib.


Oxu24.com  xəbər  verir   ki, ölkənin Rəqəmsal İnkişaf Nazirliyindən verilən məlumata görə, TikTok-un bloklanmasına səbəb xidmətin “Uşaqların sağlamlığına, onların fiziki, intellektual, əqli, mənəvi və əxlaqi inkişafına zərər vurmasının qarşısının alınması ilə bağlı tədbirlər haqqında” qanunun tələblərinə əməl etməməsi olub. ”

 

Səlahiyyətlilər bildiriblər ki, ölkədəki hər üç telekommunikasiya operatoruna TikTok-a girişi məhdudlaşdırmaq üçün lazımi tədbirlərin görülməsini tələb edən məktub göndərilib.

 

TikTok Qırğızıstanda gənclər arasında ən populyar informasiya resurslarından biridir.

 

M-Vector tədqiqat və konsaltinq şirkətinin məlumatına görə, xidmətdən əhalinin 72%-i istifadə edir.

 

Nigar

 

Seçilən
77
50
Mənbələr
Şərh ()
Bağla