AZ

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində 36 nömrəli tam orta məktəbdə tədbir

Bakı, 17 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Bakı şəhəri Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbdə tədbir keçirilib. Tədbirdə Mərkəzin direktoru professor Sevinc Əliyeva, mütəxəssislər Gülnar İsmayılova və Günel Cəbrayılova, həmçinin 36 nömrəli tam orta məktəbin müəllim-şagird heyəti iştirak edib.

Bu barədə AZƏRTAC-a Monitorinq Mərkəzindən məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan dilinin mövcud vəziyyəti, orta məktəblərdə ana dilinin tətbiqi, Azərbaycan dilində səlis danışıq və düzgün yazı vərdişlərinin inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.

Mütəxəssis Gülnar İsmayılova tərəfindən keçirilmiş interaktiv təlimdə fəal iştirak edən şagirdlər müxtəlif hədiyyələrlə mükafatlandırılıblar. Məktəbin 6-cı sinif şagirdlərinin ifalarında “Şirin dil” mahnısı böyük maraqla qarşılanıb.

Seçilən
72
2
Mənbələr
Şərh ()
Bağla