AZ

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində 257 nömrəli tam orta məktəbdə tədbir

Bakı, 30 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Bakı şəhəri Ədalət Abbasov adına 257 nömrəli tam orta məktəbdə tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a Monitorinq Mərkəzindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Mərkəzin direktoru professor Sevinc Əliyeva, mütəxəssislər Gülnar İsmayılova, Günel Cəbrayılova və Səddam Muxtarlı, həmçinin 257 nömrəli tam orta məktəbin direktoru Karat Karatov və müəllim-şagird heyəti iştirak edib.

Tədbirdə Azərbaycan dilinin mövcud vəziyyəti, orta məktəblərdə ana dilinin tətbiqi, Azərbaycan dilində səlis danışıq və düzgün yazı vərdişlərinin inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.

Mütəxəssis Gülnar İsmayılova tərəfindən keçirilmiş interaktiv təlimdə fəal iştirak edən şagirdlər müxtəlif hədiyyələrlə mükafatlandırılıb. Şagirdlərin səsləndirdiyi şeir nümunələri böyük maraqla qarşılanıb, Mərkəzin əməkdaşları tərəfindən təqdir olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
2
Mənbələr
Şərh ()
Bağla