AZ

Bu qanuna veto qoyacağam - Zurabişvili

“Xarici agentlər haqqında” qanun layihəsi üç oxunuşda qəbul olunarsa, ona veto qoyacağam.

Axar.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

“Avropa Birliyinin strategiyasına və tövsiyələrinə zidd olan digər qanunlara etdiyim kimi bu qanuna da veto qoyacağam”, - Zurabişvili bildirib.

Qeyd edək ki, bu gün Gürcüstan Prezidenti Salome Zurabişvilinin parlamentdə "Xarici agentlər haqqında" qanun layihəsinin müzakirəsi kontekstində respublikada yaranmış vəziyyətlə əlaqədar Avropa Birliyi ölkələrinin, eləcə də ABŞ və Böyük Britaniyanın səfirləri ilə təcili iclas keçirdiyi barədə məlumat yayılmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
50
Mənbələr
Şərh ()
Bağla