AZ

S&P Global Ratings Azərbaycanla bağlı proqnozunu dəyişib

S&P Global Ratings təşkilatı 2024-cü ildə Azərbaycanda ÜDM-in real artımının əvvəlki 1,4%-dən  1,5%-ə kimi artırıb. Bu barədə agentliyin saytında yerləşdirilən məlumatda bildirilib. 

Agentliyin məlumatına görə, 2024-cü il üçün Azərbaycanda adambaşına düşən real ÜDM-in artımı 0,5 faiz proqnozlaşdırılıb.

Analitiklər həmçinin bu il real investisiya artımının 3%, nominal ÜDM-in 76,08 milyard ABŞ dolları olacağını proqnozlaşdırıblar.

Dünya Bankının hesablamalarına görə, 2024-cü ildə Azərbaycanda ÜDM-in real artımı 2,3% olacaq.

Azərbaycanın İqtisadiyyat Nazirliyi 2024-cü ildə ÜDM-in artımını 2,4%, 2025-ci ildə 2,9% səviyyəsində proqnozlaşdırılıb. 

2023-cü ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 123 milyard manat təşkil edib, real iqtisadi artım 1,1 faiz səviyyəsində qiymətləndirilir. 
 
S&P Global Ratings-ə görə,  bu il Azərbaycanın cari balansının ümumi daxili məhsula (ÜDM) nisbəti 11,18%, real ixrac artımı 0,5% təşkil edəcək.

Mərkəzi Bank 2024-cü ilin sonunda cari hesabın 7-8 milyard ABŞ dolları həcmində profisiti proqnozlaşdırır.

Dünya Bankıns görə,  2024-cü ildə Azərbaycanın cari əməliyyatlar balansının ümumi daxili məhsula (ÜDM) nisbətini 7,9% səviyyəsində proqnozlaşdırıb.

2023-cü ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları (ÜDM-in 11,5 faizi) təşkil edib.

2022-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti neft və qazın yüksək qiymətləri fonunda rekord səviyyədə 23,478 milyard (2021-ci illə müqayisədə 2,8 dəfə artım) və ya ÜDM-in 23,5% qədər olub. 

N.Təbrizli


www.anews.az
Seçilən
87
5
Mənbələr
Şərh ()
Bağla