AZ

İstanbulda fabrikdə güclü yanğın olub

Türkiyənin İstanbul şəhərində qapı istehsal edən fabrikdə güclü yanğın baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Esenyurtda yerləşən birmərtəbəli fabrikdə naməlum səbəbdən yanğın baş verib.

Yanğın nəticəsində fabrikdə güclü tüstü yaranıb.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Məlumata görə, yanğın səbəbindən fabrikdə vaxtaşırı partlayış səsləri eşidilir.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
3
Mənbələr
Şərh ()
Bağla