AZ

Klubların əcnəbi fiaskosu - AFFA-ya mesaj будур!

Azər Bağırovun "Araz Naxçıvan"dan istefa verməsilə Azərbaycan Premyer Liqasında bu mövsüm sayca 5-ci baş məşqçi ayrılığı rəsmiləşmiş oldu.

İstefa "pərdə"sini "Kəpəz" aralayıb.

12-ci turda "Qarabağ"a 1:7 məğlubiyyətdən sonra bölgə klubunun çalışdırıcısı Azər Məmmədov getmək qərarı vermişdi.

Onu əksəriyyətin gözləmədiyi halda, 9 ildi Premyer Liqada baş məşqçi işləməyə həsrət qalan Adil Şükürov əvəzlədi.

İkinci istefa sədası "Neftçi"dən gəldi. Yayda milyonların müqabilində, böyük təmtəraqla Bakıya gətirilən Adrian Mutu səssiz-səmirsiz, çox urvatsız formada yola salındı.

Rumıniyalının boşaltdığı posta digər əcnəbi mütəxəssis Miodraq Bojoviç təyinat aldı.

"İstefa qatarı"nın növbəti müştərisi Murad Musayev oldu. "Sabah"ın rusiyalı çalışdırıcısı heç kimin gözləmədiyi anda getmək qərarı verdi. "Sabah" rəhbərliyinin onu saxlamaq israrı işə yaramayınca, klub üz tutdu xorvatiyalı Krunoslav Renduliçə.

Sonuncu "istefa havası" "Qəbələ"də eşidildi. Qışdan sonra qələbə üzünə həsrət qalan komanda rəhbərliyi Elmar Baxşıyevi əcnəbi mütəxəssis Kaxaber Tsxadadze ilə əvəzləmək qərarı verdi.

Və həmin Baxşıyev bir neçə gün əvvəl "Araz Naxçıvan" klubunda baş məşqçi postuna təyinat aldı. Muxtar Respublika klubunda dəyiş-düyüşün üzərində hələ bir həftə keçmədiyi üçün nəsə qiymət vermək tezdir.

Bəs digər dəyişiklər haqda nələr demək olar?

İlk öncə onu qeyd edək ki, əvvəlki 4 istefadan sonrakı 4 təyinat alan şəxsdən üçü əcnəbi mütəxəssis olub.

Amma 3 gəlmə 1 yerliyə dəyməz.

Bunu biz yox, göstərilən nəticələr və oyun göstərir.

Adil Şükürovun gəlişindən sonra problemlər burulğanında var-gəl edən klub həm də 9 xalla turnir cədvəlinin zirzəmisində yer alırdı.

Komanda Şükürovun rəhbərliyi altında meydana çıxdığı 17 oyunda aktivinə yazdırdığı 20 xalla sonuncu pillədən 14 xallıq fərqlə uzaqlaşa bilib.

8-ci pillədə yer alan "Araz Naxçıvan"ı ötməyə isə cəmi 1 xal yetmir. Və ən əsası Gəncə təmsilçisi böyük sıçrayışa meydanda göstərdiyi baxımlı futbolla yadda qalıb. Əbəs deyil ki, bu gün hər kəs onun işindən ağızdolusu danışır.

Amma eyni sözləri onun əcnəbi həmkarları haqqında qəti demək olmaz.

Bojoviçin gəlişindən sonra "Neftçi"də hansısa oyun intizamından danışa bilmərik. Komanda ilk üçlükdə yer almasına görə, sadəcə futbolçuların fərdi ustalığına borcludur.

Çempionluq şansı çoxdan bitib, yeganə titul ümidi olan ölkə kubokunda da mübarizəni başa vurmağa sayılı günlər qalıb. "Ağ qaralar" ilk oyunda "Qarabağ"a 0:4 uduzduğu üçün cavab qarşılaşması formal xarakter daşıyacaq.

Legioner məşqçilərdən yalnız Renduliç "Sabah"dakı ilk oyunlarında nəsə göstərmək istədi. Amma sonrakı iki oyun aldığı məğlubiyyət göstərdi ki, əvvəldəki 2 qələbə aldadıcı imiş.

Heç meydanda da müsbət mənada hansısa məşqçi işi görünmür. Son oyunda "Qarabağ" üzərində əldə olunan qələbə də hələ çox şey demir.

Axı rəqib heç bir motivasiyası olmayan, çempionluğunu sona 8 həftə qalmış təmin etmiş komanda idi.

Kaxaber Tsxadadzenin işini isə bir sözlə, fiasko adlandırmaq olar. Bölgə klubu onun rəhbərliyi altında meydana çıxdığı 8 oyunda 7 məğlubiyyət alıb.

Baxşıyevin dövründə kollektiv yaxşı nəticə qazana bilməsə də, normal oyun intizamı yerində idi. Şanssızlıq daha çox önə çıxırdı. İndi isə gürcüstanlı mütəxəssisin rəhbərliyi altında çox aciz "Qəbələ" ilə üz-üzəyik.

Gördüyünüz kimi, yenə əcnəbi mütəxəssislər yerlinin kölgəsində qalır.

Üç gəlmə bir azərbaycanlı qədər futbolumuza fayda verə bilmir.

Deməli, digər millətdən olan məşqçiləri əcnəbidi deyib Azərbaycana dəvət etmək əksər vaxt boş, mənasız işdir.

Bunu təkcə klublarımız yox, həm də Azərbaycan millisinə əcnəbi baş məşqçi təyin etməyə hazırlaşan AFFA-nın yeni rəhbərliyi də anlasa yaxşı olar.

XANOĞLAN İMANOV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24385
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13742
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
11991
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Helikopter qəzası ilə bağlı yeni xəbər
8708
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
6263
Rəisi öldü, Pakistanda matəm elan edildi
5858
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5809
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5617
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
4046
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3946
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3833
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3631
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3497
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3170
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2820
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2698