AZ

İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanılıb

Bakı, 17 aprel, AZƏRTAC

Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1982-ci il təvəllüdlü Səfərov Ramil saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, onun üzərində 3 kiloqramdan çox tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb.

R.Səfərov narkotik vasitəni sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının göstərişi ilə əvvəlcədən müəyyənləşdirilən məkandan satış məqsədilə götürdüyünü bildirib.

Onun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması sahəsində əməliyyat tədbirləri davam etdirilir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
25
Mənbələr
Şərh ()
Bağla