AZ

Bir oyunda 31 top buraxan qapıçı: "Yeganə məqsədim 22 qolu keçməmək idi"

DÇ-2002-nin Okeaniya Futbol Konfederasiyası (OFC) regionu üzrə seçmə mərhələsinin ilk turunda Avstraliya və Amerika Samoası yığmaları arasında keçirilən oyun Avstraliya millisinin 31:0 hesablı qələbəsi ilə başa çatdı. 

Qaynarinfo-nun məlumatına görə, həmin matçda Amerika Samoası millisinin qapısını qorumuş Nikki Salapu "BBC Sounds"da "Sporting Witness" podkastına müsahibəsində yaşadıqlarından danışıb. Hələ də əcnəbilərin belə bu inanılmaz matçla bağlı gəlib ona suallar verdiyini bildirən Salapu, oyundan əvvəl yeganə məqsədinin 22 qolu keçməmək olduğunu bildirib. 

Salapu qarşılaşmanın çətinliyini bu sözlərlə izah edib:

"Komanda yoldaşlarıma deyirdim ki, qarşımda düzülməkdənsə topu irəli aparsınlar. Çünki bəzən onlara görə topu belə görə bilmirdim. Matç bitənə qədər bütün emosiyalarımı içimdə saxlamağa çalışırdım. Ağlamamaq üçün müqavimət göstərdim. Avstraliyanın yanaşması qeyri-idmani idi. Mən Avstraliya komandasını çalışdırsaydım, 20-ci qoldan sonra oyunçularıma topu ötürmələrini söyləyərdim".

2001-ci ildəki bu biabırçı məğlubiyyətdən 10 il sonra Amerika Samoası Okeaniyanın tərkibindəki Tonqa millisini 2:1 hesabı ilə qalib gələrək tarixində ilk dəfə FİFA-nın da təsdiq etdiyi qələbəsini qazandı. Həmin qarşılaşmada Amerika Samoasının qapısını qoruyan Salapu, bu matçın 10 ildən sonra onun üçün bir qurtuluş olduğunu deyib.  O. açıqlamasında "2001-ci ildən bəri ilk dəfə futbolda ağladım" - sözlərini söyləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
186
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
19646
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11974
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5394
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5312
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
5153
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3778
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3346
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3242
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3066
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2808
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2702
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2672
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2379
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2281
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2030
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1941