AZ

Şəhriyar Məmmədyarov Kanadada rapid üzrə yarışın qalibi oldu

Kanadada keçirilən şahmat üzrə İddiaçılar Turnirində istirahət günü məşqçi-köməkçilər arasında rapid turniri baş tutub.

Bizim.Media Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov blitsdə olduğu kimi, rapid yarışında da qalib adını qazanıb.

Qeyd edək ki, Şəhriyar Torontoya təmsilçimiz Nicat Abasovun sekundant-məşqçisi qismində yollanıb.

Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
12
Mənbələr
Şərh ()
Bağla