AZ

Rusiya qoşunları Çerniqova raket zərbəsi endirib: Ölənlər və yaralananlar var - FOTO

Rusiya qoşunları Çerniqova raket zərbələri endirib.

Bu barədə vilayət administrasiyasının rəhbəri Vyaçeslav Çaus bildirib.

Məlumata görə, rus qoşunları Çerniqov şəhərinin mərkəzinə üç raket zərbəsi endirib.

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, son məlumatlara əsasən, 10 nəfər ölüb, 20 nəfər yaralanıb. Onun sözlərinə görə, ölənlərin sayı arta bilər.

Ukrayna silahlı qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığı aprelin 17-də səhər saatlarında Çerniqov vilayəti üzərində raketlər və Kiyevdə hava hücumu xəbərdarlığı barədə məlumat yayıb.

Mənbə: Meduza

Seçilən
117
50
Mənbələr
Şərh ()
Bağla