AZ

Yaponiyada iki hərbi helikopterin toqquşması nəticəsində ölən və itkin düşənlər var

Yaponiyada

Pekin, 21 aprel, AZƏRTAC

Yaponiya özünü müdafiə qüvvələrinə məxsus 2 hərbi helikopterin dəniz üzərində təlim uçuşu zamanı toqquşması nəticəsində 1 nəfər ölüb, 7 nəfər itkin düşüb.

AZƏRTAC xəbər verir ki, hadisə aprelin 20-də axşam saatlarında “SH-60K” tipli helikopterlərin İzu adalar qrupu üzərində uçuşu zamanı baş verib. Yaponiyanın Müdafiə Nazirliyi dəniz qüvvələrinə aid olan helikopterlərlə əlaqənin yerli vaxtla saat 22:38-də kəsildiyini açıqlayıb. Ən qısa zamanda axtarış işlərinə başlanılıb. Hər birində 4 heyət üzvü olan helikopterlərin bir-biri ilə toqquşduğu bildirilir. Axtarış işlərinin gedişində bir nəfərin meyiti tapılıb. Bundan başqa, helikopterlərin hissələri də aşkarlanıb. Hazırda digər 7 nəfərin axtarışları davam edir.

Yaponiyanın müdafiə naziri Minoru Kihara bildirib ki, hadisədən sonra özünü müdafiə qüvvələrinin bütün “SH-60K” tipli helikopterlərinin uçuşu dayandırılıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
198
50
Mənbələr
Şərh ()
Bağla