AZ

Fiziki cəhətdən aktiv insanlar və parazitləri olanlar zərərli qidalardan piylənmirlər

Bəzi insanların zərərli qidalar qəbul edərkən belə kökəlməməsinin əsas səbəblərini endokrinoloq Zuxra Pavlova izah edib.


Aztibb.az “Medzdrav İnfo”ya istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, söhbət insanların sürətlənmiş metabolizmindən gedir.

“İnsan yeyirsə və kökəlmirsə, çox güman ki, yediyini o qədər israf edir ki, heç nə saxlanmır. Yəni o, enerji sərfiyyatını artırıb və fiziki cəhətdən aktivdir. Bu sağlamlıq variantıdır”, - endokrinoloq vurğulayıb.

Arıqlığın digər səbəbinin bədəndə mövcud olan parazitlər ola biləcəyi vurğulanır.

Qeyd edək ki, orqanizmdə parazitlərin olub-olmamasını yoxlamaq asan deyil. Bunun üçün yalnız nəcis analizi kifayət etmir. Xüsusi qan analizləri istifadə olunur.

Qurd xəstəliklərinin müayinəsi və müalicəsi ilə parazitoloq məşğul olur. Əgər müayinələr nəticəsində insanda qurdlar aşkar olunarsa, həkim xüsusi müalicə təyin edir. Aşkar olunmuş parazitdən asılı olara müxtəlif dərmanlar istifadə oluna bilər. Bəzi hallarda müalicə xəstənin bütün alə üzvlərinə təyin olunur.

Lakin müalicə insanı gələcəkdə qurdlarla yoluxmadan müdafiə etmir. Əgər insan müalicədən sonra gigiyenik qaydalara əməl etməzsə və s. qurdlar tez bir zamanda onun orqanizmində məskən salacaq

Seçilən
34
17
Mənbələr
Şərh ()
Bağla