AZ

Nəsrin Cavadzadə məşhur iş adamının oğlu ilə bu halda görüntüləndi

Hazırda NOW TV-də yayımlanan "Şahane Hayat" serialında rol alan aktrisa Nəsrin Cavadzadə sevgilisi ilə restorandan çıxarkən görüntülənib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Nəsrin Cavadzadə keçmiş TFF prezidenti Sərvət Yardımçının oğlu Kaan Yardımçı ilə görüşməyə başlayıb. Cütlük ötən axşam bir məkandan çıxarkən görüntülənib. Mətbuat mənsublarının suallarını cavabsız qoyan cütlük, eyni maşına minərək ordan uzaqlaşıblar.

İddia olunur ki, Nəsrin Cavadzadə bir müddət əvvəl sevgilisini anası ilə tanış edib.

Seçilən
161
12
Mənbələr
Şərh ()
Bağla