AZ

Nəsrin Cavadzadə yeni sevgilisi ilə görüntüləndi - FOTO\VİDEO

Hazırda Türkiyədə "Şahane Hayat" serialında rol alan azərbaycanəsilli gözəl aktrisa Nəsrin Cavadzadə yeni münasibətə başlayıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nəsrin Cavadzadə keçmiş TFF prezidenti Sərvət Yardımçının oğlu Kaan Yardımçıya könlünü verib.

İkili ötən axşam bir məkandan çıxarkən bərabər görüntülənib. Mətbuat mənsublarının suallarını cavabsız qoyan cütlük eyni maşına minərək uzaqlaşıblar.

Digər tərəfdən, Nəsrin Cavadzadənin bir müddət əvvəl sevgilisini anası ilə tanış etdiyi də iddia edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
175
12
Mənbələr
Şərh ()
Bağla