AZ

Banqladeşdə 3 avtomobil toqquşub, 11 nəfər ölüb

Banqladeşin Jhalokati rayonunda üç avtomobilin toqquşması nəticəsində yol qəzası baş verib.

APA “Bdnews24”ə istinadən xəbər verir ki, qəza nəticəsində biri uşaq olmaqla ən azı 11 nəfər ölüb, 25 nəfər yaralanıb.

Yüddi nəfər hadisə yerində həyatını itirib, daha dörd nəfər isə yaxınlıqdakı xəstəxanaya çatdırılan zaman yolda ölüb.

Lamiyə Şirinova

Seçilən
40
1
Mənbələr
Şərh ()
Bağla