AZ

İtaliyalı futbolçu öldü

İtaliyanın beşinci divizion komandası "Kastelfiorentino"nun yarımmüdafiəçisi Mattia Giani ölüb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, 26 yaşlı futbolçu matç zamanı baş verən infarkt nəticəsində dünyasını dəyişib.

O, "Lançiotto Kampi"yə qarşı oyunun 15-ci dəqiqəsində meydanda yıxılıb. Ürəyi dayanan futbolçuya həkimlər ilkin yardım göstərdikdən sonra o, Florensiyada xəstəxanaya aparılıb. Amma Gianinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Mattia Giani "Empoli"nin yetirməsi olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
91
4
Mənbələr
Şərh ()
Bağla