- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
İtaliyanın beşinci divizion komandası “Kastelfiorentino”nun yarımmüdafiəçisi Mattia Giani ölüb.Bakıvaxtı.az xəbər verir ki, 26 yaşlı futbolçu matç zamanı baş verən infarkt nəticəsində dünyasını dəyişib.O, “Lançiotto Kampi”yə qarşı oyunun 15-ci dəqiqəsində meydanda yıxılıb. Ürəyi dayanan futbolçuya həkimlər ilkin yardım göstərdikdən sonra o, Florensiyada xəstəxanaya aparılıb. Amma Gianinin həyatını xilas etmək mümkün olmayıb.Qeyd edək ki, Mattia Giani “Empoli”nin yetirməsi olub.