AZ

Azərbaycan “yaşıl enerji” dəhlizi ilə bərpa olunan enerji sahəsində regional inteqrasiyada mühüm rol oynayacaq - Energetika naziri

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov Əbu-Dabidə IRENAAssambleyasının 14-cü sessiyası çərçivəsində “Bərpa OlunanEnerjinin Üçqat Artırılması” mövzusunda keçirilən yüksək səviyyəliplenar sessiyada çıxış edib.

Trend xəbər verir ki, çıxışda Azərbaycanın “Bərpa Olunan Enerjivə Enerji Səmərəliliyinə dair Qlobal Vəd”ə qoşulması ölkəmizin“yaşıl enerji” keçidinə sadiqliyi kontekstində dəyərləndirilib.

COP29-un isə Azərbaycana bərpa olunan enerjinin inkişafı iləbağlı əldə olunmuş nailiyyətləri irəliyə aparmaq imkanı yaratdığıqeyd olunub.

Bildirilib ki, COP29 yeni qlobal kollektiv maliyyə məqsədlərininqəbulu üçün səylərin səfərbər edilməsində mühüm platforma olacaq:“Maliyyə 2030-cu ilə qədər bərpa olunan enerjinin üçqatartırılmasının da mühüm şərtlərindəndir. İnvestisiyalar istehsalgüclərinin yaradılmasına, enerji sisteminə inteqrasiyasına,şəbəkənin gücünün artırılmasına, modernləşməsinə, ölkələr arasındainterkonnektorların, enerji saxlanc sistemlərinin qurulmasınayönəldilməlidir”, deyə nazir əlavə edib.

Azərbaycanın 2030-cu ilədək bərpa olunan enerji potensialınınölkə və regional miqyasda artmasına töhfə verən ölkə olacağınıvurğulayan nazir bu xüsusda Avropa İttifaqı ilə enerjitərəfdaşlığının mühüm komponenti olan “yaşıl enerji”nin tədarüküilə bağlı həyata keçirilən layihələrdən bəhs edib.

Bildirilib ki, regional kontekst bərpa olunan enerjinin üçqatartırılması hədəfində strateji əhəmiyyət daşıyır. İlin sonunadəktexniki-iqtisadi əsaslandırması hazır olacaq “Xəzər-Qaradəniz-Avropa” yaşıl enerji dəhlizi Azərbaycanı bərpa olunan enerjisahəsində regional inteqrasiyada aparıcı ölkələrdən birinəçevirəcək.

Azərbaycan
Azərbaycan
Seçilən
49
20
Mənbələr
Şərh ()
Bağla