AZ

Energetika naziri ABŞ-yə səfər edib

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov BMT Baş Assambleyasınınprezidenti Dennis Francisin dəvəti ilə Amerika Birləşmiş Ştatlarına(ABŞ) səfər edib.

Trend xəbər verir ki, nazir 19 aprel tarixində Nyu-Yorkşəhərində BMT-nin Baş Assambleyasının Dayanıqlılıq Həftəsiçərçivəsində təşkil olunacaq “Enerji əlçatanlığında boşluğun aradanqaldırılması və karbonsuz enerji sistemlərinə keçid” mövzusundatematik müzakirələrdə iştirak edəcək.

Tədbirdə enerji əlçatanlılığı, dekarbonizasiya sistemlərinəkeçid, enerji bağlantıları, bərpa olunan enerji mənbələrinəinvestisiyaların təşviqi kimi məsələlərin müzakirə olunacağıgözlənilir.

Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi nəzərdətutulur.

Seçilən
119
20
Mənbələr
Şərh ()
Bağla