“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2024-cü il üzrə Azərbaycanda işsizlik səviyyəsinin 5%-dən aşağı olacağını gözləyir.
"APA-Economics" bu barədə reytinq agentliyinə istinadən xəbər verir. S&P 2024-cü il üzrə Azərbaycanda işsizlik səviyyəsini 4,7% proqnozlaşdırıb. Bu isə beynəlxalq maliyyə təşkilatlarının Azərbaycanda işsizliklə bağlı proqnozlarından aşağıdır. Adətən, Azərbaycanda işsizliklə bağlı proqnozlar 5-6% civarında müəyyən edilir.
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu yenicə açıqladığı hesabatında 2024-2025-ci illər üzrə Azərbaycanda işsizlik səviyyəsini 5,5% proqnozlaşdırıb.