AZ

"S&P": Bu il Azərbaycanda işsizlik səviyyəsi 5%-dən aşağı olacaq

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2024-cü il üzrə Azərbaycanda işsizlik səviyyəsinin 5%-dən aşağı olacağını gözləyir.

FED.az xəbər verir ki, S&P 2024-cü il üzrə Azərbaycanda işsizlik səviyyəsini 4,7% proqnozlaşdırıb. Bu isə beynəlxalq maliyyə təşkilatlarının Azərbaycanda işsizliklə bağlı proqnozlarından aşağıdır. Adətən, Azərbaycanda işsizliklə bağlı proqnozlar 5-6% civarında müəyyən edilir.

    Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu yenicə açıqladığı hesabatında 2024-2025-ci illər üzrə Azərbaycanda işsizlik səviyyəsini 5,5% proqnozlaşdırıb. (Apa)

    Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

    Seçilən
    21
    2
    Mənbələr
    Şərh ()
    Bağla