AZ

Yamal Çempionlar Liqasında rekord VURDU

İspaniya çempionu “Barselona”nın ispaniyalı hücumçusu Lamin Yamal yaş rekorduna imza atıb. Vətəninfo.az xəbər verir ki, o, 16 yaş 278 günlük yaşında Çempionlar Liqasının pley-off mərhələsində assistentlik edən ən gənc futbolçudur.

Fransa çempionu PSJ ilə qarşılaşmada Lamin Yamalın ötürməsindən sonra braziliyalı hücumçu Rafinya fərqlənib. “Barselona” 1:4 hesabı ilə uduzaraq yarışdan kənarlaşdırılıb. Parisdə keçirilən ilk oyunda “Barselona” 3:2 hesabı ilə qalib gəlib.

PSJ-nin yarımfinaldakı rəqibi Madrid “Atletiko”sunun qyarışdan kənarlaşdıran  “Borussiya” Dortmund olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla