AZ

Yunanıstanla Türkiyə arasındakı böhran böyüyür

Yunanıstanın Egey dənizində dəniz parkı yaratmaq planı Ankara ilə Afina arasında böhrana səbəb olub.

KONKRET.az xəbər verir ki, Yunanıstan biomüxtəlifliyi qorumaq üçün 780 milyon avroya iki böyük dəniz parkı yaradacağını açıqlayıb.

Türkiyənin reaksiyasına baxmayaraq, yunan Kiprin Baş naziri Miçotakis Egeydə dəniz parkı yaradılmasında israrlı olduqlarını bildirib. Dünən Afinada keçirilən konfransda dəniz iqtisadiyyatı, iqlim böhranı, davamlı balıqçılıq və dəniz çirklənməsi kimi mövzulara toxunan Mitsotakis “Biri Egeydə, digəri İon dənizində olmaqla iki yeni dəniz parkı inşa edəcəyik”.

Bu parkların Yunanıstanın qorunan dəniz ərazilərini 80 faiz artıracağını və Yunanıstanın ərazi sularının üçdə birini təşkil edəcəyini bildirən Mitsotakis 2026-cı ilə qədər dəniz parklarında, 2030-cu ilə qədər isə bütün qorunan dəniz ərazilərində trol gəmiləri ilə ovun qadağan ediləcəyini qeyd edib.

Mitsotakis bu qadağalara əməl etmək üçün bölgədə pilotsuz uçuş aparatları və süni intellekt kimi texnoloji vasitələrlə yoxlamaların aparılacağını bildirib.

Türkiyə Xarici İşlər Nazirliyi bununla bağlı sərt açıqlama verib:

“Yunanıstan uzun müddətdir, Egey problemləri kontekstində demək olar ki, hər platformadan faydalanmağa çalışır. Son zamanlar əlaqələrimizdə yumşalma müşahidə olunsa da, Yunanıstanın bu dəfə də ekoloji problemlərdən istifadə etdiyi görünür.

Yunanıstana Egey problemlərindən və suverenliyi beynəlxalq müqavilələrlə Yunanıstana verilməyən bəzi ada və qayaların statusu ilə bağlı məsələlərdən öz gündəmi çərçivəsində istifadə etməməyi tövsiyə edirik. Yunanıstanın statusu mübahisəli olan coğrafi ərazilərdə yarada biləcəyi faktiki vəziyyətləri qəbul etməyəcəyik və sözügedən dəniz parklarının heç bir hüquqi nəticəsi olmayacaq”.

Yunanıstan hökuməti isə Türkiyəni ətraf mühitin mühafizəsi məsələlərini “siyasiləşdirməyə” cəhddə ittiham edib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
152
17
Mənbələr
Şərh ()
Bağla