AZ

Mitsotakisdən etiraf: Xalq Türkiyə ilə problem istəmir

May ayında Türkiyəyə gəlməyə hazırlaşan Yunanıstanın baş naziri Mitsotakis "Yunan xalqının əksəriyyəti Türkiyə ilə problem istəmir" deyib.

Publika.az xəbər verir ki, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Türkiyə-Yunanıstan münasibətləri, həmçinin mayın ortalarında Türkiyəyə səfəri və prezident Rəcəb Tayyib Ərdoğanla görüşü ilə bağlı açıqlamalar verib.

Bununla bağlı Mitsotakis “Ant1” televiziyasına açıqlama verib: O bildirib ki, Yunan xalqının əksəriyyəti Türkiyə ilə problem istəmir:

“Xalq Türkiyə ilə davamlı gərginlik mühitində yaşamağımızı istəmir. Gəlin böyük şəklə baxaq. Türkiyə-Yunanıstan münasibətlərinin yumşaldılması istiqamətində mühüm irəliləyiş əldə olunub. Ramazan bayramında minlərlə türk turist Yunan adalarını ziyarət edib. Türk turistlər artıq vizasız (qapıda viza müraciəti ilə) adalara gələ bilirlər və adaların sakinləri bundan çox sevinirlər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
152
17
Mənbələr
Şərh ()
Bağla