AZ

"Bu klub azərbaycanlı hücumçunun yoxluğunu hiss edəcək"

Almaniya mətbuatı "Dinamo"nun(Berlin) 3-cü liqaya yüksəlmək şanslarından yazarkən, komandanın əsas forvardı Rüfət Dadaşovun zədə səbəbindən oyunlarda iştirak etməyəcəyinə toxunub.

Sportinfo.az xəbər verir ki, "rbb24" portalı Rüfətsiz "Dinamo" üçün çətin olacağını qeyd edib:

"Məşq zamanı dizindən zədə alan bombardir Rüfət Dadaşovu itirmək çox üzücüdür. Yəqin ki, bu mövsüm bir daha oynaya bilməyəcək.

Bu mövsüm 14 qol vuran hücumçunun çempionatın həlledici mərhələsində olmamasını “Dinamo” hiss edəcək.

Berlin klubu ən yaxşı bombardiri olmadan rəqiblərini geridə qoymaqda çətinlik çəkəcək. Lakin onların birbaşa rəqibi “Energi” ilə qarşıdakı matçda şansları var".

“Dinamo” hazırda liderdən cəmi iki xal geridə olmaqla 56 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
Mənbələr
Şərh ()
Bağla