AZ

Yayda Premyer Liqa klubunu tərk edəcək - Fransız hücumçu

Antoni Marsial yay transfer pəncərəsində “Mançester Yunayted”i tərk edəcək.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı hücumçu mövsümün sonunda azad agent statusu alacaq.

O, İtaliya və ya İspaniyada oynamaq istəyir.

Fransalı forvard bir müddət İspaniyada – icarə əsasında “Sevilya”da çıxış etmişdi. 28 yaşlı futbolçunun “İnter”də oynamaq istədiyi barədə məlumatlar yayılıb.

Marsial cari mövsümdə Premyer Liqada 19 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla