AZ

“Azərişıq” ASC-in 1,7 milyon pulunu mənimsəyən şirkət rəhbəri yenidən məhkəmə qarşısında

Bakıda xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən Pərviz Əliyevin barəsindəki məhkəmə qərarından yenidən kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin hazırlıq iclası aprelin 17-nə təyin edilib. 

 

O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

 

İttihama görə, “Easy Pay” şirkətinin rəhbəri, 1984-cü il təvəllüdlü Pərviz Əliyev həmin şirkətin terminalı vasitəsiylə vətəndaşların ödədiyi 1 milyon 750 min manat işıqpulunu “Azərişıq” ASC-nin hesabına köçürməyib. Ona Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsilə ittiham verilib. İstintaq dövründə “Azərişıq” cinayət işində zərərçəkmiş qismində tanınıb və 1 milyon 750 milyon manatın ödənilməsini tələb edib. Məhkəmədə məlum olub ki, iş adamı Pərviz Əliyevin atası 1 milyon 750 min manatı qarşı tərəfə ödəyərək barışıq əldə edib. Bu səbbədən “Azərişıq” iddiasını geri götürüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Əliyevə şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Ali Məhkəməsi onun şikayətini təmin etməyib.

 

Kamal Məmmədov

 

Tarix: 17 Aprel 2024, 08:54   
Seçilən
153
3
Mənbələr
Şərh ()
Bağla