AZ

“Bizə güllə atırlar, başımıza oyun açırlar” - “Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var

“Bakıda yerləşən “Azərşin” ASC-nin rəhbərliyi dövlətdən aldığı elektrik enerjisini bizə baha qiymətə satır. Pulu ödəyə bilməyəndə isə, elektrik enerjisinin verilişini dayandırırlar” – bu sözləri Musavat.com-a “Azərşin” ASC-nin ərazisindəki sexlərdən birinin icarədarı Yusif Məmiş oğlu Alıyev deyib.

Onun sözlərinə görə 2006-cı ildə “Azərşin” ASC-nin ərazisində sex icarələyib: “Mən ölkədə tanınan qapı-pəncərə, mebel ustalarındanam. İşimə görə ölkə rəhbərliyi səviyyəsində tanınıram. 18 ildir ki, “Azərşin” ASC-nin ərazisində sex icarələyib işləyirəm. Pandemiya dövründə işlərimiz çox çətinləşdi. Bu gün mənə çoxsaylı borclular var, hansılar ki, iş gördürüblər, pulu isə ödəməyiblər, ödəyə bilmirlər. Ona görə də çox pis duruma düşmüşəm. Alacaqlarım var, ala bilmirəm. Buna görə icarəyə görə borcum yaranıb. Təqaüdçüyəm, təqaüdümü alıb icarə haqqını ödəyirəm. ASC-nin əvvəlki rəhbərliyi bizə icarədarlara anlayışla yanaşırdı. Elə olurdu ki, mal-material almağa pul olmayanda bizə dəstək verirdi ki, işləyə bilək, icarə haqqını da ödəyək. Yeni rəhbərlik Xanlar Süleymanov isə elektrik enerjisini – dövlətin strateji məhsulunu bizə dövlətin müəyyən etdiyi qiymətdən də baha satır. Üstəlik, pulu ödəyə bilməyəndə elektriki kəsirlər, dəzgahlar da elektriksiz işləmir deyə işimiz də dayanır. Hazırda 1 aydır ki, elektriki kəsiblər, 200-300 manat borca görə məni işsiz qoyublar. Anlamaq belə istəmirlər ki, işləməsəm, borcu ödəyə bilmirəm. Ona görə də ölkə rəhbərliyindən xahiş edirəm ki, “Azərşin” ASC-də baş verən qanunsuzluqla bağlı ölçü götürülməsi üçün göstəriş verilsin”.

Yusif Alıyev deyib ki, ASC-nin yeni rəhbərliyi ərazidə silahlı oyunlar təşkil edir: “İşlədiyimiz yerdə belimizə silahdan atılan qurğuşun dəyir. Həmin qurğuşun gözümüzə dəysə, bizi kor edə bilər. Bu, Xanlar Süleymanovu düşündürmür. Ölkə rəhbərliyindən çox xahiş edirəm ki, işimizə olan əngəllərin aradan qaldırılması üçün göstəriş versin”.

Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
17361
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11766
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5344
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5255
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3707
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
3346
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3238
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3211
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3007
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2748
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2665
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2502
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2371
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2262
Hidayət Heydərov dünya çempionu oldu
2024
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1899