AZ

Manikür lampaları kor olmağınıza səbəb ola bilər

"Manikür və plomblar üçün lampalar görmə pozğunluğuna səbəb ola bilər". 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  bunu Avropa Tibb Mərkəzinin (EMM) oftalmoloqu Nataliya Boşa deyib.  

Onun sözlərinə görə, ultrabənövşəyi şüalanma gözün sağlamlığına mənfi təsir göstərir. 

“Ultrabənövşəyi şüalardan istifadə edən bütün cihazlar tor qişada geri dönməz dəyişikliklərə, o cümlədən korluğa səbəb olur. Diş həkimi kabinetində fotopolimer plombları şüalandırmaq üçün istifadə edilən işçi lampaya baxmamalısınız. Kosmetologiya salonunda manikür üçün lampalar, ictimai yerlərdə, tibb müəssisələrində və məişətdə istifadə üçün nəzərdə tutulmuş kvars lampaları da oxşar təhlükə yaradır. Gözlərinizi ultrabənövşəyi şüalardan qorumaq üçün günəşə və ya ultrabənövşəyi radiasiya yayan digər cihazlara baxmaqdan çəkinmək daha yaxşıdır. Günəşli günlərdə də günəş eynəyi taxmalısınız”, - Nataliya bildirib.

Həmçinin, oftalmoloqun fikrincə, günəş tutulmasını müşahidə etmək görmə qabiliyyətinə mənfi təsir göstərə bilər.

“Hətta bu füsunkar təbiət hadisəsinə qısa müddət ərzində baxmaq belə, tor qişanın mərkəzi hissəsi olan makula yanıqları səbəbindən daimi görmə itkisinə səbəb olur.  Lazer göstəricilər şüanın gözə yönəldilməsi eyni acınacaqlı nəticələrə gətirib çıxarır”, - mütəxəssis qeyd edib.

Gülayə Mecid 

Seçilən
240
27
Mənbələr
Şərh ()
Bağla