AZ

"Real" 3 xalı 1 qolla qazandı

"Real” La Liqada 31-cu tur oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, Madrid klubu səfərdə “Malyorka” ilə qarşılaşıb. Matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 48-ci dəqiqədə Tçoumeni vurub.

Bu qələbə ilə xalını 78-ə (31 oyun) yüksəldən “Real” turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. “Barselona”  67 xalla (30 oyun) 2-ci, “Jirona” 65 xalla (31 oyun) 3-cüdür.

Seçilən
225
2
Mənbələr
Şərh ()
Bağla