AZ

İsrail İrana zərbə endirmək qərarına gəldi

İsrail İrana zərbə endirmək qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail KİV-ləri xəbər verib.

Məlumata əsasən, müvafiq qərar İsrail hərbi kabinetinin iclasının yekunu üzrə qəbul edilib.

Qeyd olunub ki, zərbə "mümkün qədər tez" endirilməlidir.

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.

Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib.


Müəllif: Teleqraf.com
Seçilən
153
36
Mənbələr
Şərh ()
Bağla