AZ

İsrail İranda bir obyektə raket zərbəsi endirib

İsrail İrandakı obyektə raket zərbəsi endirib.
Trend-in məlumatına görə, bu barədə "ABC" televiziya kanalı Amerikalı rəmisinə istinadən bildirib.
Eyni zamanda, o Suriya və İraqdakı hədəflərin də zərbələrin hədəfi olub-olmadığını təsdiqləməyib.
Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.
Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib.

Seçilən
166
36
Mənbələr
Şərh ()
Bağla