AZ

Qazaxda sükan arxasında ürəyi tutan 87 yaşlı sürücü ölüb

Qazax rayonunda yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.

87 yaşlı Yaşa Əhmədovun idarə etdiyi "VAZ" markalı minik maşını ilə hərəkətdə olan zaman ürəyi tutub.

İdarəetmədən çıxan minik maşını bardürə çırpılıb. Müayinə zamanı sürücünun öldüyü məlum olub.

Məlumata görə, 87 yaşlı sürücü sükan arxasında infarkt keçirib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
97
7
Mənbələr
Şərh ()
Bağla