AZ

Qazaxda sükan arxasında ürəyi tutan 87 yaşlı sürücü ölüb - FOTO

Qazax rayonunda yol qəzası baş verib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.

87 yaşlı Yaşa Əhmədovun idarə etdiyi "VAZ" markalı minik maşını ilə hərəkətdə olan zaman ürəyi tutub.

İdarəetmədən çıxan minik maşını bordüra çırpılıb. Müayinə zamanı sürücünun öldüyü məlum olub. Məlumata görə, 87 yaşlı sürücü sükan arxasında infarkt keçirib.

Faktla bağlı araşdırma aparılır.


Bizim.Media

Seçilən
76
7
Mənbələr
Şərh ()
Bağla