AZ

Braziliyalı futbolçu paytaxt klubundan ayrılacağını açıqladı

Braziliyalı futbolçu Felipe Anderson cari mövsümün sonunda İtaliyanın “Latsio” klubundan ayrılacaq.

Futbolinfo.az xəbər verir ki, bu barədə 30 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında bildirib.

Roma təmsilçisi ilə müqavilə müddətini uzatmayacaq yarımmüdafiəçi yeni mövsümdən etibarən başqa klubda çıxış edəcək.

Anderson cari mövsüm 44 oyunda meydana çıxıb. O, 5 qol vurub, 7 məhsuldar ötürmə verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
3
Mənbələr
Şərh ()
Bağla