AZ

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

2023-2024-cü

Bakı, 16 aprel, AZƏRTAC

"Azəristiliktəchizat" ASC 2023-2024-cü illər payız-qış mövsümünü aprelin 15-də yekunlaşdırıb. Respublikanın dağ rayonlarında ötən il noyabrın 1-dən, Bakı şəhərində və ölkənin digər ərazilərində - yaşayış binaları, sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsinə ötən il noyabr ayının 15-dən başlanılıb.

AZƏRTAC-a qurumdan bildirilib ki, cari mövsümdə 3871 yaşayış binası, 184,5 minə yaxın mənzil, 284 orta məktəb (Bakı 174, bölgələrdə 110), 159 uşaq bağçası, 147 səhiyyə müəssisəsi və 2600-ə yaxın sosial və təsərrüfat hesablı obyektlər 559 qazanxana və 88 istilik məntəqəsində saz vəziyyətə gətirilərək quraşdırılıb, 82 minə yaxın avadanlıq vasitəsilə istilik enerjisi ilə təchiz olunub. Bu məqsədlə 2023-cü ilin yekunları üzrə istehsal və maliyyə təsərrüfat fəaliyyəti haqqında hesabata əsasən, 1 389 100 Qkal istilik enerjisi istehsal edilib, 131 min Qkal-ə yaxın istilik enerjisi isə topdansatış qaydası ilə “Azərenerji” ASC Bakı İstlik Elektrik Mərkəzindən (İEM) alınıb.

Qazanxanalarda texnoloji prosesin real vaxt rejimində izlənilməsi məqsədi ilə 232 qazanxanada uzaqdan nəzarət sistemi yaradılıb.

Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları”na əsasən respublikanın dağ rayonlarında may ayının 1-nə qədər ölkə üzrə 14 dağ rayonundan cəmiyyətin qazanxanalarının mövcud olduğu 9 dağ rayonunda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Şamaxı) payız-qış mövsümü ərzində 39 qazanxana və 1 istilik məntəqəsi vasitləsilə 34 yaşayış binası, 16 orta məktəb, 3 uşaq bağçası, 2 səhiyyə müəssisəsi, 18 sosial və təsərrüfat hesablı obyektləri istiliklə təmin edilməkdədir.

2023-2024-cü illər payız-qış mövsümü ərzində “Azəristiliktəchizat” ASC-nin 956 qısa nömrəli “Çağrı Mərkəzi” vasitəsilə 25 845 vətəndaş müraciəti qəbul edilib.

 

Seçilən
43
1
Mənbələr
Şərh ()
Bağla