AZ

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Azəristiliktəchizat” ASC 2023-2024-cü illər payız-qış mövsümünü aprelin 15-də yekunlaşdırıb. Respublikanın dağ rayonlarında ötən il noyabrın 1-dən, Bakı şəhərində və ölkənin digər ərazilərində - yaşayış binaları, sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsinə ötən il noyabr ayının 15-dən başlanılıb.


AZƏRTAC-a qurumdan bildirilib ki, cari mövsümdə 3871 yaşayış binası, 184,5 minə yaxın mənzil, 284 orta məktəb (Bakı 174, bölgələrdə 110), 159 uşaq bağçası, 147 səhiyyə müəssisəsi və 2600-ə yaxın sosial və təsərrüfat hesablı obyektlər 559 qazanxana və 88 istilik məntəqəsində saz vəziyyətə gətirilərək quraşdırılıb, 82 minə yaxın avadanlıq vasitəsilə istilik enerjisi ilə təchiz olunub. Bu məqsədlə 2023-cü ilin yekunları üzrə istehsal və maliyyə təsərrüfat fəaliyyəti haqqında hesabata əsasən, 1 389 100 Qkal istilik enerjisi istehsal edilib, 131 min Qkal-ə yaxın istilik enerjisi isə topdansatış qaydası ilə “AzərEnerji” ASC Bakı İstilik Elektrik Mərkəzindən (İEM) alınıb.

Qazanxanalarda texnoloji prosesin real vaxt rejimində izlənilməsi məqsədi ilə 232 qazanxanada uzaqdan nəzarət sistemi yaradılıb.

Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları”na əsasən respublikanın dağ rayonlarında may ayının 1-nə qədər ölkə üzrə 14 dağ rayonundan cəmiyyətin qazanxanalarının mövcud olduğu 9 dağ rayonunda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Şamaxı) payız-qış mövsümü ərzində 39 qazanxana və 1 istilik məntəqəsi vasitəsilə 34 yaşayış binası, 16 orta məktəb, 3 uşaq bağçası, 2 səhiyyə müəssisəsi, 18 sosial və təsərrüfat hesablı obyektləri istiliklə təmin edilməkdədir.

2023-2024-cü illər payız-qış mövsümü ərzində “Azəristiliktəchizat” ASC-nin 956 qısa nömrəli “Çağrı Mərkəzi” vasitəsilə 25 845 vətəndaş müraciəti qəbul edilib.

 

Seçilən
32
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
28025
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
27004
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
19588
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18182
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14726
Sabah 20 dərəcə isti olacaq
10052
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
9939
May ayında Azərbaycana qar yağdı - VİDEO
8991
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8787
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8582
Azərbaycanlı məşhurun hər kəsdən gizlətdiyi gözəl qızı - VİDEO
8082
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7473
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7199
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7118
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6965
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6739
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6634
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6579
Azərbaycan nefti ucuzlaşıb
6218
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6208