AZ

“Radikal müxalifətin çirkin oyunları öz başlarında çatlayacaq” – Mahir Abbaszadə

“Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdikdən sonra bəzi xarici qüvvələr ölkəmizə qarşı məkrli siyasətini daha da sərtləşdirib. Təəssüf ki, Azərbaycan dövlətinin müstəqil siyasətini həzm edə bilməyənlər ölkəmizdəki anti-milli qüvvələrin vasitəsi ilə daxildə müəyyən çaşqınlıq yaratmağa çalışırlar”.

Bu fikirləri “Unikal”a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə səsləndirib. O bildirib ki, regionda və qlobal miqyasda gedən son dərəcə mürəkkəb hərbi-siyasi proseslər fonunda radikal müxalifətin daxildə gərginliyi artırqmağa hesablanan aksiyalar təyin etməsi milli maraqlarımıza xəyanətdir. Onun fikrincə, həftənin sonuna mitinq təyin edilməsinə xarici dairələrin çirkin sifarişlərini yerinə yetirməyə xidmət etməkdən başqa bir ad vermək olmaz:

“Diqqət edirsinizsə, Azərbaycan nə zaman regionda və dünyada bir addım önə çıxanda, yaxud hansısa beynəlxalq tədbirə ev sahibliyi etməyə hazırlaşanda həmin qüvvələr hərəkətə keçirlər. Qarabağın bütövlükdə erməni işğalçılarından azad olunması, ərazi bütövlüyümüzün tam təmin olunması onsuz da, bəzi dövlətləri narahat edib. Elə qüvvələr var ki, Azərbaycanın bu qədər böyük bir qələbəyə imza atmasını heç cür qəbul edə bilmir. Ona görə də, daxildəki anti-milli qüvvələrlə çirkin oyunlar qurmağa çalışırlar. Amma Azərbaycanda gərginlik yaratmaq istəyənlərin çirkin oyunları öz başlarında çatlayacaq”.

M.Abbaszadə onu da qeyd edib ki, Azərbaycan xalqı öz seçimini edib və milli maraqlara qarşı gedən, dövlətimizin zəifləməsini istəyən radikal müxalifəti tarixin arxivinə göndərib:

“Xalq kimin kim olduğunu yaxşı bilir. Bir müddət əvvələ qədər radikal müxalifət liderləri hansısa sosial şəbəkə hesablarında uydurma çıxışlar edə bilirdilər, amma artıq xalq bütövlükdə onlardan imtina edib. Onların mitinq və bu kimi çirkin oyunlara çağırışları da nəticə verməyəcək. Xalq bu radikalların haradan qaynaqlandığını yaxşı bilir. Ona görə də heç kim o çirkin oyunda iştirak etməyəcək. Kimsə 3-5 nəfər hansısa çirkin niyyətə əl atacaqsa, qanunla cəzasını alacaq”.

Seçilən
39
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
28703
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
27260
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
20873
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18207
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14857
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
10605
Sabah 20 dərəcə isti olacaq
10282
Azərbaycanlı məşhurun hər kəsdən gizlətdiyi gözəl qızı - VİDEO
9656
May ayında Azərbaycana qar yağdı - VİDEO
9062
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8933
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8618
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7562
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7263
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7218
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6967
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6847
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6682
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6668
Azərbaycan nefti ucuzlaşıb
6324
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6314