AZ

Nabi Keyta əsas komandadan uzaqlaşdırıldı

style='margin-bottom:10px;'>

"Verder" futbolçusu Nabi Keytanı cəzalandırıb.

QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb qvineyalı yarımmüdafiəçinin Bundesliqanın 29-cu turunca "Bayer"lə oyununda meydana çıxmaqdan imtina etməsi olub.

29 yaşlı futbolçu "Bayer"lə oyunun start heyətində yer almayacağını biləndən sonra meydana çıxmaq istəmədiyini bildirib və komandanı tərk edərək evə yollanıb.

Klub Keytanın mövsümün sonuna kimi əsas komandadan uzaqlaşdırıldığını açıqlayıb. Həmçinin, onun böyük məbləğdə cərimələndiyi bildirilib.

Qeyd edək ki, ötən ilin yayında "Liverpul"dan "Verder"ə keçən Keyta bu mövsüm 5 oyunda meydana çıxıb.

Seçilən
44
3
Mənbələr
Şərh ()
Bağla