AZ

Nabi Keyta əsas komandadan uzaqlaşdırıldı

"Verder" futbolçusu Nabi Keytanı cəzalandırıb.

QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb qvineyalı yarımmüdafiəçinin Bundesliqanın 29-cu turunca "Bayer"lə oyununda meydana çıxmaqdan imtina etməsi olub.

29 yaşlı futbolçu "Bayer"lə oyunun start heyətində yer almayacağını biləndən sonra meydana çıxmaq istəmədiyini bildirib və komandanı tərk edərək evə yollanıb.

Klub Keytanın mövsümün sonuna kimi əsas komandadan uzaqlaşdırıldığını açıqlayıb. Həmçinin, onun böyük məbləğdə cərimələndiyi bildirilib.

Qeyd edək ki, ötən ilin yayında "Liverpul"dan "Verder"ə keçən Keyta bu mövsüm 5 oyunda meydana çıxıb.






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
3
525.az

4Mənbələr

Şərh ()
Bağla