AZ

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Naxçıvan, 16 aprel, AZƏRTAC

Aprelin 16-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təhsil müəssisələrinin yüksəkixtisaslı kadrlarla təmin edilməsi, işə qəbul prosesinin şəffaf həyata keçirilməsi məqsədilə təşkil olunan müsabiqəyə kitabxana müdiri üzrə 17, kitabxanaçı üzrə isə 2 olmaqla, ümumilikdə, 19 vəzifə çıxarılıb. Həmin vəzifələrdən yalnız 3-nə 57 namizəd sənəd verib. Təhsil müəssisələrində vakant olan digər 16 vəzifəyə isə sənəd verən olmayıb.

İşə qəbul müsabiqəsinin test mərhələsində hər bir namizədə vəzifə proqramına aid 25, informasiya və kommunikasiya texnologiyalarına, məntiqi təfəkkürün və dünya görüşünün yoxlanılmasına dair isə hər birindən 5 olmaqla, ümumilikdə, 40 test tapşırığı təqdim edilib. Sualların cavablandırılması üçün 80 dəqiqə vaxt ayrılıb. Test imtahanında hər bir düzgün cavab bir balla qiymətləndirilib.

Şəffaflığın təmin olunması baxımından namizədlərin imtahan nəticələri onların iştirakı ilə yoxlanılıb və imtahan nəticəsi binanı tərk etmədən namizədə elan olunub.

Qeyd edək ki, sualların 50 faizini və daha çoxunu düzgün cavablandırmış namizədlər müsabiqənin test mərhələsində keçid balını toplamış sayılırlar. Minimum keçid balı gözlənilməklə test mərhələsində ən yüksək nəticə göstərmiş namizədlər müvafiq vəzifəyə təyin olunacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8059
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5234
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5028
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4777
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4553
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3757
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3073
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2768
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2761
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2704
Sabah 20 dərəcə isti olacaq
2647
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2278
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2239
Röyanın biabırçı videosu yayıldı
2152
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2091
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2062
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1830
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1705
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1666
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1607