AZ

Zəlimxan Məmmədli: “Rusiyanın Azərbaycana təsir imkanlarının azalması ölkəmizin xeyrinə olardı”

Dünən Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı  deputatlar arasında fikir ayrılığı olub. Parlamentdə qanun layihəsi barəsində çıxış edən  Mamuka Mdinaradze  deputat Aleko Elisaşvilinin hücumuna məruz qalıb. Bununla da parlamentdə qarşıdurma yaranıb. Deputatlarla yanaşı xalq da bu qanun layihəsinə qarşı gəlib və  etiraz akiyası keçirib. Bu qanunu Gürcüstan parlamentində baş verən qarşıdurma nə ilə nəticələnəcək?

Mövzu ilə bağlı suallımızı cavablayan politoloq Zəlimxan Məmmədli bildirdi ki, bu qanun Rusiyanın layihəsidir.

“Gürcüstanda baş verən son proseslərin episentri daha çox “Gürcü Arzusu”nun ortaya qoyduğu qanun layihəsi ilə bağlıdır. Yəni bu xarici qrantlarda şəffaflıq, xarici qrantların dolayı formada yasaq olunması və ya hökumətin nəzarətində olması haqqında qanun layihəsidir. İddia olunur ki, Rusiya layihəsidir. Avropa donor təşkilatları ilə Gürcüstanın QHT sektoru və digər əlaqədar qurumlarının əlaqələrini kəsməyə və  inkişafını əngəlləməyə xidmət edir. Bunu da məntiqlə əsaslandırmaq mümkündür.  Gürcüstan Avropa Birliyinə inteqrasiya edirsə, Avropa və qərb  institutları ilə olan təşkilatlarıla şəffaf bir formada əməkdaşlıq etməkdə bir problem olmamalıdır”.

Zəlimxan Məmmədli bildirdi ki, burada bir maraqlı məqam var və biz buna diqqət etməliyik:

“Gürcüstanın prezidenti Salomi Zurabişvili də həmin qanun layihəsinin məhz Rusiya tərəfindən hazırlandığı və onların istəyi ilə parlamentə təqdim edildiyi haqqında bəyanat verir. Bu çox ciddi bir məsələdir. Aydındır ki, Gürcüstanda prezident hakimiyyəti və hökumət arasında bir siyasi kriz var. Zaman-zaman da bununla bağlı aksiyalar baş verib. hər halda müqavimət göstərirlər. İnsanlar  dinc aksiyalar keçirilir, bəzi halda dinc aksiyada sərhəddən kənara çıxır, qarşıdurmalar da olur, həbs olunan olur. Bunlar normal bir şeylərdir.  Amma bu parlamentdə yumruq davası elə bunun nəticəsidir.Mən hər hansı məsələnin zor müstəvisində həll olunmasın tərəfdarı deyiləm. Artıq hadisə baş veribsə, təbii ki, hüquq-mühafizə orqanları baxacaq. Zərbəni alan və zərbə endirən millət vəkilidir. Hər iki şəxsin toxunulmazlıq hüququ var. Lakin bu o demək deyil ki, onlar  fiziki xəsarət yetirə bilərlər. Hüquq-mühafizə orqanları prosesi başladacaq. Tədqiqat aparılacaq, parlamentin müvafiq komissiyaları bunu araşdıracaq. Ola bilər ki, bu iş  intizam komissiyasına verə bilərlər”.

Zəlimxan Məmmədli Gürcüstanda baş verən aksiyaları demokratiyanın təntənəsi hesab edir və vurğulayır ki, mən milli demokratik olaraq demokratiyanın olduğu yerdə varam. Düşünürəm ki, Gürcüstanda hədəf götürülən, demokratiya düşməni Rusiyanın Azərbaycana təsir imkanlarının azalması ölkəmizin xeyrinə olardı.

O hesab edir ki, Rusiyanın yarada biləcəyi problemləri adlamaq və az itki ilə bu keçidi təmin etmək üçün soyuq başla davranmaq əsl demokratiyaya keçidin yollarını aramalıyıq.

Emin ŞİRVANZADƏ

Seçilən
69
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
17561
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
12505
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
7724
May ayında Azərbaycana qar yağdı - VİDEO
7450
Azərbaycanda 22 yaşlı tələbəni öldürməkdə şübhəli bilinən şəxsin görüntüləri yayıldı
7226
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
6878
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6800
Sabah 20 dərəcə isti olacaq
5648
Zaur Baxşəliyevin ailəsində xoş gün!
5566
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
5439
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
5402
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
5386
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
5343
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
5139
Bu yol qovşağında təmir işləri aparılacaq
5135
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
4512
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
4468
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
4462
Azərbaycan nefti ucuzlaşıb
4279
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
4158