AZ

Ağdamda bir nəfərin ölümü ilə nəticələnən qəza baş verib

Ağdamda bir nəfərin ölümü ilə nəticələnən qəza baş verib.

APA xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Ağdam rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.

VAZ-2107 markalı minik avtomobili ilə BMW markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində hər iki sürücü xəsarət alıb. VAZ-2107 markalı avtomobilin sürücüsü xəstəxanaya aparılarkən yolda ölüb. Digər sürücü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ

Seçilən
47
14
Mənbələr
Şərh ()
Bağla