AZ

Ağdamda 2 avtomobil toqquşdu: 1 ölü, 1 yaralı var - FOTO

Ağdamda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Ağdam rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ-2107" markalı avtomobillə "BMW" markalı avtomobil toqquşub. Hadisə nəticəsində hər iki sürücü xəsarət alıb.

"VAZ-2107" markalı avtomobilin sürücüsü xəstəxanaya aparılarkən yolda ölüb. Digər sürücü isə xəstəxanaya yerləşdirilib.










Bizim.Media
 

Seçilən
145
6
Mənbələr
Şərh ()
Bağla