AZ

Evlənmək adı ilə sevgilisinin 81 min manatlıq qızılını ələ keçirdi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təqsirləndirilən Əhmədov Elgiz Fariz oğlunun məhkəmə prosesi davam etdirilib.

"Unikal"ın məlumatına görə, təqsirləndirilən Elgizlə zərərçəkən Leyla Babayevanın əvvəl dostluq, sonra isə sevgili münasibətləri olub. Elgiz ona verilən hədə-qorxu ittihamını qəbul etməyib:

"Mənə ilk olaraq Nizami Rayon Polis İdarəsinə apardılar, orada mənə 177.2.4-cü (xeyli miqdarda oğurluq etmə) maddəsi ilə cinayət işi başlamaq istədilər. İttihamları qəbul etmədim, buraxdılar məni. Sonra hədə-qorxu maddəsi ilə həbs etdilər. Leyla mənə parkda görüşəndə dedi ki, 20 min manat ödə, barışıq verim. Mənə qızıl verib ki, saxla, nənəmin mənə elədiyi vəsiyyətdir. Biz bir-birimizi sevdiyimizdən o mənə etibar edirdi. Ümumilikdə 25 min manatlıq qızıl-zinət əşyası olub. Onu da qızılları lombarda qoyanda qiymətlərini bilmişəm. Memar Əcəmi metrosunun yaxınlığında Telman Qasımova məxsus lombarddan 14 min, kredit evindən isə 9 min manat pul götürmüşəm. Lombarddan götürdüyüm qızılları istintaq dövründə müstəntiq götürüb, lombarda 14 min manatdan heç bir ödəniş etməmişəm. Leylanın anası gəldikdə isə qızın onunla münasibətləri yaxşı olmayıb. Mən Nazilə xanımı heç zaman görməmişəm".

Dövlət ittihamçısı isə Elgizin Leyladan hədə-qorxu ilə 81 min manatliq qızıl-zinət əşyası aldığını qeyd edib.

Sonra Elgiz Əhmədov ifadəsini davam etdirib: "Qızılları götürdükdən 2-3 gün sonra onları lombarda qoydum. Oradan valideyinlərimə zəng etdilər. Bu işlə bağlı dostum Fəridi də tutmuşdular sonra arasdırıb buraxdılar. Ona lombarddan götürdüyüm puldan 5-6 min pul verdim, ehtiyacı var idi".

Məhkəmə prosesinin gedişində zərərçəkmişin müvəkkili kredit evində olan qızıl-zinət əşyalarının üzərinə həbs qoyulması ilə bağlı şifahi vəsatət verib. Hakim müşavirə etdikdən vəkilin vəsatətini qəbul edib və icra olunması üçün aidiyyatlı orqana göndərib. 

Məhkəmə prosesi 7 may tarixinə kimi təxirə salınıb.

Azər İsrafilov

Seçilən
61
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
27615
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26718
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
18817
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18155
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14604
Sabah 20 dərəcə isti olacaq
9963
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
9470
May ayında Azərbaycana qar yağdı - VİDEO
8949
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8728
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8554
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7426
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7183
Azərbaycanlı məşhurun hər kəsdən gizlətdiyi gözəl qızı - VİDEO
7124
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7044
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6965
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6679
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6572
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6546
Azərbaycan nefti ucuzlaşıb
6164
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6133