AZ

ABŞ Şimali Koreyanın bioloji silahlar hazırlamasından şübhələnir

Şimali Koreyanın gen mühəndisliyi sahəsində texnoloji potensialı var və ola bilər ki, bioloji silahlar hazırlayır. "Yeni Azərbaycan" Cənubi Koreyanın "Yonhap" agentliyinə istinadən  verir ki, bu barədə ABŞ Dövlət Departamentinin hesabatında bildirilib.

“Birləşmiş Ştatlar Şimali Koreyanın milli hücum xarakterli bioloji silah proqramına malik olduğunu qiymətləndirir”, -  deyə Dövlət Departamenti bildirib.

Departament, həmçinin vurğulayıb ki, Pxenyan fərqli texnologiyalardan istifadə etməklə gen mühəndisliyini fəal şəkildə inkişaf etdirir.

Qeyd edək ki, əvvəllər KXDR hipersəs raketinin elementini uğurla sınaqdan keçirib. Sınaqlarda KXDR rəhbəri Kim Çen In iştirak edib. Onu da qeyd edək ki, Şimali Koreya lideri strateji silahların yaradılması sahəsində tapşırıqların yerinə yetirilməsindən məmnunluğunu ifadə edib.

Havar Şəfiyeva 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
yeniazerbaycan.com

1Mənbələr