AZ

Trend Azərbaycanı Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun Yaz Sessiyasında təmsil edir

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda BeynəlxalqValyuta Fondunun (BVF) Yaz Sessiyası (IMF Spring Meetings)keçirilir.

Trend xəbər verir ki, aprelayının 15-dən 20-dək davam edəcək tədbir çərçivəsində dünyanınmüxtəlif ölkələrindən olan jurnalistlərdən ibarət qrup üçün xüsusiseminarlar təşkil olunub.

Seminarlarda Azərbaycandan yeganə təmsilçi kimi Trend Beynəlxalqİnformasiya Agentliyinin baş redaktorunun müavini Ləman Zeynalovadəvət olunub.

Seminarlarda BVF-in yüksək vəzifəli şəxsləri də iştirakedirlər.

Qeyd edək ki, BVF-in yaz iclaslarında mərkəzi banklarınrəhbərləri, maliyyə və inkişaf nazirləri, parlamentarilər, özəlsektor və vətəndaş cəmiyyətinin, habelə elmi təşkilatlarınnümayəndələri bir araya gələrək qlobal narahatlıq doğuranproblemləri, o cümlədən dünya iqtisadiyyatı ilə bağlı məsələləri,yoxsulluğun aradan qaldırılması və iqtisadi inkişafla bağlımövzuları müzakirə edir.

Bundan başqa, bu görüşlərdə sənaye siyasətinə dönüş, inkişafetməkdə olan ölkələrdə vergi potensialının artırılması, enerjisubsidiyalarının ayrılması ilə əlaqədar islahatlar, Avropa vəAsiyada maliyyə sabitliyi üçün geoiqtisadi fraqmentasiyanınnəticələri kimi mövzular diqqət mərkəzində olacaq. Həmçinin qlobalmaliyyə sabitliyi ilə bağlı yenilənmiş məruzə və dünyaiqtisadiyyatının perspektivlərinə dair hesabat təqdim olunacaq.

Seçilən
57
2
Mənbələr
Şərh ()
Bağla